Lebron dayanmaq bilmir - daha bir rekord qırıldı!
Dördqat NBA çempionu, “Los-Anceles Leykers”in hücumçusu Lebron Ceyms növbəti tarixi nailiyyətə imza atıb.
TodayPress TV xəbər verir ki, Ceyms “Hyuston Rokets”lə qarşılaşmada 28 xal toplayaraq pley-off oyununda 41 yaşdan yuxarı basketbolçular arasında bu göstəriciyə çatan ilk oyunçu olub.
Əvvəlki rekord digər amerikalı basketbolçu Karim Abdul-Cabbara məxsus idi - 22 xal.
Qeyd edək ki, NBA pley-offunun 1/8 final mərhələsinin ikinci oyununda “Los-Anceles Leykers” “Hyuston Rokets”i 101:94 hesabı ilə məğlub edib. Hazırda seriyada hesab “Leykers”in xeyrinə 2:0-dır.
Namiq HUN