Ərdoğan Tokayevlə görüşdü - Nələr müzakirə olundu?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Prezident Kompleksində görüş keçirib.
TodayPress TV xəbər verir ki, görüşdə Türkiyə-Qazaxıstan ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan görüşdə Türkiyə ilə Qazaxıstanın Genişləndirilmiş Strateji Tərəfdaşlıq səviyyəsində olan münasibətlərini ticarət, investisiya, enerji, nəqliyyat və müdafiə sənayesi başda olmaqla bütün sahələrdə daha da inkişaf etdirəcək addımlarla gücləndirəcəklərini bildirib.
Ərdoğan Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi dövründə Ailə Məclisini gücləndirəcək təşəbbüslər üçün səy göstərəcəyini, bu məsələdə Qazaxıstanla sıx həmrəyliyin davam etdiriləcəyini qeyd edib.
Türkiyə Prezidenti, həmçinin Tokayevi Antalyada keçiriləcək COP31 Liderlər Sammitinə dəvət edib.
Aysel Mətləb