“Araz-Naxçıvan” Çempionlar Liqasında ilk məğlubiyyətini aldı

“Araz-Naxçıvan” Çempionlar Liqasında ilk məğlubiyyətini aldı
28.10.2026 19:18 İdman

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını keçirib.

TodayPress TV xəbər verir ki, turnirin əsas mərhələsinin II turunda Bosniya və Herseqovinanın "Buba Mara" komandası ilə üz-üzə gələn Naxçıvan təmsilçisi rəqibinə 3:5 hesabı ilə uduzub.

Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da baş tutan qarşılaşmada Azərbaycan çempionunun qollarını Murad Quluzadə, Oktay Rüstəmli və Kənan Manafov vurublar.

Qeyd edək ki, "Araz-Naxçıvan" yer aldığı V qrupda keçirdiyi ilk matçda Macarıstan təmsilçisi "Uypeşt"i 5:4 hesabı ilə məğlub edib. Komanda qrupdakı son matçını oktyabrın 30-da Polşa təmsilçisi "Piast"a qarşı keçirəcək.

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər