İran dünyaya mesaj verdi: Ordumuz hazırdır!

İran dünyaya mesaj verdi: Ordumuz hazırdır!
28.10.2026 21:21 Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın diplomatik həll yollarına açıq olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Əraqçi qeyd edib ki, İran Silahlı Qüvvələri ölkəni müdafiə etməyə tam hazır olsa da, Tehran diplomatiyanın uğur qazanmasına şans verməyə davam edir.

“Silahlı Qüvvələrimiz Vətəni müdafiə etməyə tam hazırdır. Bununla belə, İran diplomatiyanın uğur qazanmasına imkan yaradır”, – deyə nazir vurğulayıb.

O bildirib ki, Tehran vasitəçilərlə sıx və davamlı əlaqə saxlayır.

“Yeddi günlük planımızın müddəalarının hətta bir həftədən də az müddətdə həyata keçirilməsini təmin edə biləcək təklifləri nəzərdən keçirmək üçün vasitəçilərlə daimi təmasdayıq”, – deyə Əraqçi əlavə edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər