Polşada təhlükəli tapıntı - Xüsusi təyinatlılar hadisə yerində

Polşada təhlükəli tapıntı - Xüsusi təyinatlılar hadisə yerində
28.10.2026 20:23 Dünya

Polşada elektrik dirəyinin üzərində naməlum pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

TodayPress TV  RMF FM radiostansiyasına istinadən xəbər verir ki, dron Varmiya-Mazuriya voyevodalığının Komorovo-Julavske yaşayış məntəqəsində, Olştın istiqamətində uzanan dəmir yolu xəttinin yaxınlığında tapılıb.

Məlumata görə, PUA elektrik dirəyinin konstruksiyasına ilişmiş vəziyyətdə, yerdən bir metrdən bir qədər artıq hündürlükdə aşkarlanıb. Ətraf ərazi əsasən kənd təsərrüfatı sahələrindən ibarətdir.

Dronun dörd pərvanə, kamera, məlumat yaddaşı qurğusu və əlavə batareya ilə təchiz olunduğu bildirilir.

Hadisə yerinə istehkamçılar, yanğınsöndürənlər və Olştın şəhərindən polisin antiterror bölməsinin əməkdaşları cəlb olunublar.

Hazırda mütəxəssislər PUA-nın üzərində partlayıcı maddələrin olub-olmadığını yoxlayır və onun sahibini müəyyənləşdirməyə çalışırlar.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər