İranla münaqişə ABŞ-yə baha başa gəldi - 47 MİLYARD

İranla münaqişə ABŞ-yə baha başa gəldi - 47 MİLYARD
28.10.2026 20:30 Dünya

İranla müharibə üçün ABŞ-nin hərbi xərcləri 47 milyard dolları ötüb. Bu, Pentaqonun iyul ayında açıqladığı qiymətləndirmənin dörddə birindən çox yüksəkdir.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" ABŞ hərbi qurumuna istinadən məlumat yayıb.

Məlumata görə, ümumi məbləğin 29 milyard dollardan çoxu döyüş əməliyyatları zamanı sərf edilmiş sursat ehtiyatlarının doldurulmasına tələb olunacaq. Daha 6 milyard dollardan çox vəsait itirilmiş hərbi texnikanın, o cümlədən təyyarələrin və pilotsuz uçuş aparatlarının əvəzlənməsi üçün nəzərdə tutulub.

Bildirilib ki, hesablamalara İranın raket və pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində zədələnmiş ABŞ hərbi bazalarının təmiri üçün çəkiləcək əhəmiyyətli xərclər tam daxil edilməyib.

Müharibə xərcləri noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində artır. Hər iki palatada kiçik çoxluğunu qoruyub saxlayan respublikaçılar münaqişənin siyasi nəticələri ilə üzləşirlər. Dünya enerji daşıyıcılarının qiymətlərinin artması da respublikaçı namizədlərə dəstəyə və Prezident Donald Trampın reytinqinə mənfi təsir göstərir.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər