ABŞ Kim Çen Inın gizli gəlir mənbəyini hədəfə aldı

ABŞ Kim Çen Inın gizli gəlir mənbəyini hədəfə aldı
28.10.2026 21:00 Dünya

ABŞ Şimali Koreya ilə əlaqəli 10 fiziki şəxsə və bir təşkilata qarşı yeni sanksiyalar tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.

Bildirilib ki, sanksiyalar Şimali Koreya hökumətinin idarə etdiyi informasiya texnologiyaları (İT) sahəsində çalışan şəxslərin ABŞ şirkətlərini aldatmaqla gəlir əldə etməsinə şərait yaradan sxemlərdə iştirak edənlərə qarşı yönəlib.

ABŞ tərəfinin məlumatına görə, əldə olunan vəsait Pxenyanın kütləvi qırğın silahları və ballistik raket proqramlarının maliyyələşdirilməsinə sərf olunur.

Qeyd edilib ki, Şimali Koreya İT mütəxəssislərinin kimliyini gizlətmək və onların ABŞ, eləcə də müttəfiq ölkələrdəki şirkətlərdə işə düzəlməsini təmin etmək üçün saxta sənədlərdən, oğurlanmış şəxsi məlumatlardan və uydurma şəxsiyyətlərdən istifadə etməyə davam edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər