Mina qadağası aradan qalxdı: Estoniya nə planlaşdırır?

Mina qadağası aradan qalxdı: Estoniya nə planlaşdırır?
28.10.2026 21:41 Dünya

Estoniya piyada əleyhinə minaların daşınmasına qoyulan qadağanı ləğv edib.

TodayPress TV xəbər verir ki, bu barədə Estoniyanın “Postimees” nəşri məlumat yayıb.

Bildirilib ki, ölkə parlamenti piyada əleyhinə minaların daşınmasına və bununla bağlı xidmətlərin göstərilməsinə icazə verən qanun qəbul edib.

Əvvəllər bu cür əməliyyatlara yalnız minaların təlim məqsədilə daşınması və ya məhv edilməsi hallarında icazə verilirdi.

Qərar Estoniyanın piyada əleyhinə minaların istifadəsini, istehsalını, ehtiyatda saxlanmasını və ötürülməsini qadağan edən Ottava Konvensiyasından çıxmasından sonra qəbul olunub.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər