Qara dənizdə gərginlik artır: Türkiyə müdaxilə edir
Türkiyə Qara dənizdə ticarət gəmilərinə hücumların davam etməsinin yolverilməz olduğunu bəyan edərək Rusiya və Ukraynaya xəbərdarlıq edib.
TodayPress TV “Reuters” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər hər iki ölkəni Qara dənizdə ticarət gəmilərinə hücumlardan çəkinməyə çağırıb.
Nazir bildirib ki, Ankara bu cür hücumlara cavab olaraq hüquqi tədbirlər görmək hüququnu özündə saxlayır.
“Reuters” qeyd edir ki, bu açıqlama Türkiyənin Qara dənizdə ticarət gəmilərinin təhlükəsizliyi məsələsinə indiyədək ən açıq müdaxiləsidir.
Kübra Musayeva