"Neftçi" FIBA Avropa Kubokunun qrup mərhələsində dördüncü oyununu keçirdi

"Neftçi" FIBA Avropa Kubokunun qrup mərhələsində dördüncü oyununu keçirdi
28.10.2026 19:59 İdman

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində dördüncü oyununu bu gün keçirib.

TodayPress TV müntəzəm mövsümün IV turunda "Oradya"nı (Rumıniya) qəbul edən "ağ-qaralar" 83:99 hesabı ilə uduzublar.

Qarşılaşma Bakı İdman Sarayında baş tutub.

Xatırladaq ki, "Neftçi" H qrupunda keçirdiyi əvvəlki üç görüşdə məğlub olub. Komanda daha əvvəl "Fribur Olimpik"ə (İsveçrə) 73:78, Yunanıstan təmsilçisi "Mikonos"a 58:78 və Latviyanın VEF kollektivinə 94:110 hesabı ilə uduzub.

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər