Kubokda həlledici oyun: “Sabah” “Qarabağ”ı qəbul edir

İdman

22.04.2026 10:10

Bu gün futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşəcək.

TodayPress TV xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Sabah” “Qarabağ”ı qəbul edəcək.

Rəvan Həmzəzadənin idarə edəcəyi qarşılaşma “Bank Respublika Arenada” saat 20:00-da başlayacaq.

Komandalar arasında ilk görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, bu cütün qalibi finalda “Zirə” klubu ilə üz-üzə gələcək. “Qartallar” yarımfinalda “Turan Tovuz”dan iki oyunun nəticəsinə görə üstün olublar (0:0, 2:0).

Namiq HUN

TodayPress TV

tag: Sabah,Qarabağ,Azərbaycan Kuboku,Yarımfinal,Todaypress.tv,