“Kremoneze”nin təcrübəli hücumçusu hələ də formadadır
İdman
26.12.2025 09:57
İngiltərəli hücumçu Ceymi Vardi yaşına baxmayaraq hələ də vacib keyfiyyətlərini qoruyub saxlayır.
TodayPress TV “Match TV”yə istinadən xəbər verir ki, A Seriyasında oyun tempinin İngiltərə ilə müqayisədə daha aşağı olması Vardiyə kömək edir.
Moskva ÇSKA-sının sabiq futbolçusu Oleq Kornauxov “Kremoneze” klubunun 38 yaşlı forvardı Ceymi Vardinin oyunu ilə bağlı fikirlərini bölüşüb.
“Biz görürük ki, artıq yaşlı futbolçular da A Seriyasına gəlirlər - məsələn, Modriç. Xorvat demək olar ki, hər oyunda meydana çıxır və vacib roldadır - baş məşqçi onu qorumur. Vardidə də oxşar vəziyyətdir. Üstəlik, burada İngiltərə ilə müqayisədə intensivlik o qədər də yüksək deyil. “Kremoneze” stabil və döyüşkən komandadır. Onlar yaxşı təşkil olunublar, standart vəziyyətlərdə əla oynayırlar. Həmişə sürətli əks-hücum imkanı var və 38 yaşlı Vardi hələ də öz vacib keyfiyyətlərini itirməyib. Əgər o, fiziki baxımdan yaxşı hazırdırsa, şanslarından maksimum istifadə edir”, - deyə Kornauxov bildirib.
Qeyd edək ki, hücumçu cari mövsüm “Kremoneze”də 12 oyunda 4 qol vurub və noyabrın ən yaxşı oyunçusu seçilib.
Namiq HUN
tag: Kremoneze,Klub,Ceymi Vardi,Futbol,Todaypress.tv,
