Klemen Turpin rəqiblərini geridə qoydu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ilin ən yaxşı kişi hakiminin adını açıqlayıb.
TodayPress TV xəbər verir ki, IFFHS-nin rəsmi saytı bu barədə məlumat yayıb.
Fransalı FIFA referisi Klemen Turpin 65 xalla hamını üstələyib.
Digər fransalı hakim Fransua Leteksye və polşalı Şimon Marçinyak 55 xalla 2-3-cü yerləri bölüşdürüblər.
Namiq HUN