Beş klub bir futbolçunun peşində – Simakanın taleyi necə olacaq?

Beş klub bir futbolçunun peşində – Simakanın taleyi necə olacaq?
23.11.2026 15:18 İdman

İngiltərənin “Liverpul” və “Mançester Yunayted” klubları Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının müdafiəçisi Məhəmməd Simakanı transfer etmək istəyir.

TodayPress TV xəbər verir ki, bu barədə “Caught Offside” nəşri məlumat yayıb.

Bildirilib ki, Premyer Liqa təmsilçiləri 26 yaşlı fransalı futbolçunun xidmətində maraqlıdırlar. Həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi mövqeyində çıxış edə bilən Simakanın universallığı İngiltərə klublarının diqqətini cəlb edib.

Hələlik futbolçu ilə bağlı rəsmi təklif irəli sürülməyib və ilkin danışıqlara da başlanılmayıb. Bununla yanaşı, “Əl-Nəsr” müdafiəçisi ilə yollarını ayırmaq niyyətində deyil. Səudiyyə Ərəbistanı klubunun futbolçu ilə uzunmüddətli müqaviləsi olduğundan mümkün danışıqlarda mövqeyi güclü olacaq.

Qeyd edək ki, Məhəmməd Simakan ötən ilin yayında “Leypsiq” klubundan “Əl-Nəsr”ə keçib. “Arsenal”, “Tottenhem” və “Nyukasl” klubları da fransalı müdafiəçinin çıxışını izləməyə davam edir.

Namiq HUN

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər