Las-Veqas qalmaqalı “Ferrari”də böyük dəyişikliklərə səbəb ola bilər!
“Ferrari” komandasının pilotları Lyuis Hemilton və Şarl Lekler arasındakı vəziyyət gərginləşib. Komandada ya pilot dueti dəyişdiriləcək, ya da yeni rəhbər təyin olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın “Corriere dello Sport” nəşri məlumat yayıb.
Bildirilib ki, 2026-cı il “Formula-1” mövsümünün 21-ci mərhələsi olan Las-Veqas Qran-prisindən sonra “Ferrari”də vəziyyət dözülməz həddə çatıb. Yarış zamanı monakolu pilot Şarl Lekler komanda yoldaşı Lyuis Hemiltonun bolidinin trasda fırlanmasına səbəb olub.
Hazırda komanda rəhbərliyinin qarşısında iki variant var. Birinci variant Hemilton - Lekler duetini dağıtmaqdır ki, bu da kifayət qədər ağrılı qərar olacaq. Digər variant isə pilotlar arasında münasibətləri və komanda daxilində nizam-intizamı təmin edə biləcək yeni rəhbərin təyin edilməsidir.
“Belə davam edə bilməz. Hər şey ali rəhbərliyin əlindədir”, - deyə nəşrin məqaləsində bildirilib.
Namiq HUN