Aralıq dənizində Rusiya donanmasına gözlənilməz hücum - VİDEO
Liviyanın sahilləri yaxınlığında Rusiyaya məxsus korvetə hücum etdiyi bildirilən pilotsuz dəniz aparatı Albaniyadan hərəkətə başlayıb.
TodayPress TV xəbər verir ki, məlumatlara görə, pilotsuz suüstü aparat Aralıq dənizində 800 kilometrdən çox məsafə qət etdikdən sonra Rusiya hərbi gəmisinə hücum edib.
Hələlik aparatın dəqiq haradan buraxıldığı, əməliyyatı kimin həyata keçirdiyi və korvetə dəymiş ziyanın miqyası təsdiqlənməyib.
Belə uzaq məsafədən həyata keçirilmiş uğurlu hücum pilotsuz dəniz sistemlərinin əməliyyat imkanlarının genişləndiyini göstərir. Eyni zamanda, Albaniyanın mümkün buraxılış məntəqəsi kimi göstərilməsi əməliyyatın logistika təminatı və Aralıq dənizindəki Rusiya hərbi gəmilərinin təhlükəsizliyi ilə bağlı suallar doğurur.
Jalə Rövşən
BIG | 🇺🇦🇷🇺🇦🇱🇱🇾‼️‼️ A naval attack drone that reportedly struck a Russian corvette off the coast of Libya is said to have launched from Albania, traveling more than 800 kilometers across the Mediterranean Sea before reaching its target.
— Visioner (@visionergeo) November 22, 2026
According to emerging reports, the unmanned… pic.twitter.com/cWMBI5Be7p