İki ulduzdan 50 xal, “Qolden Steyt”dən möhtəşəm qələbə!
NBA-in 2026/2027-ci illər mövsümünün müntəzəm çempionatında “Qolden Steyt Uorriors” və “Nyu-Orlean Pelikans” komandaları üz-üzə gəlib.
TodayPress TV xəbər verir ki, San-Fransiskoda yerləşən “Çeyz Center” arenasında keçirilən qarşılaşma meydan sahiblərinin 138:87 hesablı qələbəsi ilə başa çatıb.
“Qolden Steyt” ilk dəqiqələrdən üstünlüyünü nümayiş etdirib. Komanda ilk üç periodun hər birində rəqibindən daha çox xal toplayıb. Görüşün hissələri 35:20, 37:23, 40:22 və 26:22 hesabları ilə yekunlaşıb.
Qalib komandanın heyətində ən məhsuldar basketbolçular Stefen Karri və Brendin Podziemski olublar. Hər iki oyunçu 25 xal toplayıb. Karri bununla yanaşı, 5 ribaund və 2 məhsuldar ötürmə, Podziemski isə 2 ribaund və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“Nyu-Orlean”ın heyətində ən yaxşı göstəriciyə Derik Kuin imza atıb. Mərkəz oyunçusu 16 xal və 4 ribaund toplayıb.
Qeyd edək ki, “Qolden Steyt” növbəti matçını noyabrın 12-də səfərdə “Hyuston Rokets”ə qarşı keçirəcək. Həmin gün “Nyu-Orlean” doğma meydanda “Bruklin Nets”i qəbul edəcək.
Namiq HUN