Futbol ulduzları bir arada: İlin ən yaxşısı adına 26 namizəd!
“Globe Soccer Awards” mükafatının təşkilatçıları 2026-cı ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıblar.
TodayPress TV xəbər verir ki, yekun qısa siyahıya 26 futbolçu daxil edilib.
Namizədlər arasında Cud Bellinqem, Pau Kubarsi, Usman Dembele, Federiko Dimarko, Dezire Due, Bruno Fernandeş, Erlinq Haaland, Əşrəf Hakimi, Vinisius Junior, Harri Keyn, Xviça Kvaratsxeliya, Lautaro Martines, Kilian Mbappe, Nunu Mendeş, Lionel Messi, Joao Neveş, Maykl Olise, Rafinya, Deklan Rays, Rodri, Fabian Ruis, Bukayo Saka, Uilyam Saliba, Dominik Soboslai, Vitinya və Lamin Yamal yer alıblar.
Qeyd edək ki, namizədlər müxtəlif ölkələrin milli komandalarını və aparıcı klubları, o cümlədən “Real Madrid”, “Barselona”, PSJ, “Bavariya”, “Mançester Siti”, “Arsenal” və “İnter”i təmsil edirlər.
Namiq HUN