Futbol əfsanəsi yeni missiyada – Meksika millisi Markesə əmanət edilir
İdman
22.04.2026 09:15
“Barselona” klubunun sabiq futbolçusu və Meksika yığma komandasının keçmiş üzvü Rafael Markes 2026-cı il dünya çempionatından sonra millinin baş məşqçisi olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Bu qərarı Meksika Futbol Federasiyasının direktoru Duilio Davino açıqlayıb. 47 yaşlı mütəxəssislə müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub. Hazırda Markes Xavyer Agirrenin məşqçilər korpusunda çalışır və turnirdən sonra onu əvəz edəcək.
“Rafaellə müqavilə artıq imzalanıb. O, həm köməkçi məşqçi, həm də baş məşqçi kimi futbolçu olduğu dövrdəki kimi komandaya təsir edir”, – deyə Davino bildirib.
Markes məşqçilik karyerasına “Barselona B” sistemində başlayıb. Futbolçu kimi isə Avropa və Meksika klublarında, o cümlədən “Monako” və “Nyu York Red Bulls” komandalarında çıxış edib.
Rafael Markes Meksika yığma komandasının heyətində FIFA Konfederasiyalar Kubokunun qalibi olub və iki dəfə KONKAKAF Qızıl Kubokunu qazanıb.
Qeyd edək ki, Dünya Çempionatında meksikalılar qrup mərhələsində mübarizə aparacaq, turnirdən sonra isə komanda Markesin rəhbərliyi altında yeni dövrə başlayacaq.
Namiq HUN
tag: Barselona,Meksika,Rafael Markes,Duilio Davino,Todaypress.tv,
