Flikdən səmimi etiraf: “Bu, son dayanacağım olacaq”
İdman
21.04.2026 16:00
“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik gələcəyi ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Alman mütəxəssis bildirib ki, “Barselona” onun məşqçilik karyerasında son dayanacaq ola bilər:
“Bu, karyeramda son addımım olacaq. Bəli, müqaviləni uzatmaq istərdim, amma indi bunun vaxtı deyil. Mən burada çox xoşbəxtəm, lakin bu məsələni ailəmlə də müzakirə etməliyəm. Bunun üçün vaxt gələcək, amma hazırda uyğun məqam deyil”.
Qeyd edək ki, klub rəhbərliyi Flik ilə müqaviləni daha bir il uzatmağı planlaşdırır. Onun hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədədir və müəyyən idman nəticələri əldə olunacağı təqdirdə əlavə mövsüm üçün uzadılma bəndi mövcuddur.
Xatırladaq ki, Hans-Diter Flik 29 may 2024-cü il tarixində “Barselona” klubunun baş məşqçisi təyin olunub.
Namiq HUN
tag: Barselona,Hans-Diter Flik,Klub,Karyera,Todaypress.tv,
