FIFA “Əl-Nəsr” işi üzrə qərarını verdi
İdman
23.12.2025 09:05
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna tətbiq olunan yeni futbolçuların transferi və qeydiyyatı ilə bağlı qadağanı ləğv edib.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, FIFA “Əl-Nəsr”in bütün maliyyə və hüquqi öhdəliklərini yerinə yetirdiyini təsdiqləyib. Klubla bağlı işin rəsmi şəkildə bağlandığı qeyd olunub.
Xatırladaq ki, daha əvvəl mediada transfer qadağasının “Əl-Nəsr”in 2023-cü ildə mərkəz müdafiəçisi Emerik Laportun transferi ilə bağlı “Mançester Siti”yə olan borcu səbəbindən tətbiq edildiyi bildirilirdi. Səudiyyə klubu “şəhərlilər”ə təxminən 9 milyon avro ödəməli idi. Borcun ödənilməsi üçün son tarix 31 avqust olub.
Qeyd edək ki, ötən mövsüm Emerik Laport “Əl-Nəsr”dən İspaniyanın “Atletik” (Bilbao) klubuna transfer olunub.
Namiq HUN
tag: FİFA,Əl-Nəsr,Qərar,Klub,Todaypress.tv,
