"Fənərbaxça" yeni transferini açıqladı

"Fənərbaxça" yeni transferini açıqladı
13.07.2025 09:15 İdman

“Fənərbaxça” klubu İngiltərəli futbolçu Arçie Braunla rəsmi müqavilə bağladığını elan edib.

TodayPress TV xəbər verir ki, 23 yaşlı müdafiəçi ilə 3+1 illik razılaşma imzalanıb.

İstanbul təmsilçisi Braunun formasını geyindiyi Belçikanın “Gent” klubuna 8 milyon avro məbləğində transfer haqqı ödəyəcək, həmçinin futbolçunun gələcək satışından da pay verəcək. Arçie Braun sol cinahda müdafiəçi kimi çıxış edir.

Qeyd edək ki, Braun geridə qalan mövsümdə “Gent”in heyətində 46 oyuna çıxaraq 3 qola və 6 məhsuldar ötürməyə imza atıb.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər