Fabreqasdan böyük etiraf: Çalhanoğlu fenomendir!
İdman
22.04.2026 13:38
Sesk Fabreqas “Komo”nun baş məşqçisi kimi “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu haqqında danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial şəbəkəsində məlumat yayıb.
Fabreqas Çalhanoğlu barədə yüksək fikirlər səsləndirib:
“Çalhanoğlunu çox sevirəm, o, Andrea Pirlo, Luka Modriç, Toni Kroos kimidir… Onun kimilər çox azdır. Mən futbolçu kimi ona vurğunam. Onun bu səviyyədə çıxış etməsini görmək həqiqətən inanılmazdır, o, komandanı irəli aparır”.
Qeyd edək ki, İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Komo” “İnter”ə 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Milan təmsilçisi turnirin finalında “Latsio” – “Atalanta” cütünün qalibi ilə qarşılaşacaq. İlk oyunda komandalar 2:2 hesablı heç-heçə ediblər.
Namiq HUN
tag: Komo,İnter,Fabreqas,Nikola Skira,Todaypress.tv,
