Əfsanəyə layiq zirvə — Novitski artıq Şöhrət Zalında!
İdman
22.04.2026 09:30
Almaniyalı basketbolçu Dirk Novitski FIBA Şöhrət Zalına daxil edilib.
TodayPress TV xəbər verir ki, Novitski NBA tarixində avropalı oyunçular arasında ən çox xal toplayan basketbolçudur.
O, həmçinin NBA tarixində bir komandada ən çox mövsüm keçirən oyunçudur. Novitski 21 mövsüm “Dallas Maveriks” klubunun şərəfini qoruyub.
O, 2006/2007 mövsümündə liqanın ən dəyərli oyunçusu (MVP) seçilib. 2011-ci ildə Novitski “Dallas”ı tarixində ilk çempionluğa aparıb və final seriyasının MVP-si olub. Dirk Almaniya millisinin heyətində isə dünya və Avropa çempionatlarında ən məhsuldar basketbolçular sırasında yer alıb.
Berlin şəhərində təşkil olunan mərasimdə Şöhrət Zalına daha altı basketbolçunun adı daxil edilib: Hido Türkoğlu (Türkiyə), Vanq Cici (Çin), Syu Börd (ABŞ), Celin Dyumerk (Fransa), Klariss Maçanquana (Mozambik), Ismenia Pauşar (Çili).
Həmçinin polşalı məşqçi Lyudvik Mietta-Mikołaeviç də Şöhrət Zalının yeni üzvləri arasında yer alıb.
Namiq HUN
tag: Dirk Novitski,FIBA,Şöhrət Zalı,Dallas Maveriks,To0daypress.tv,
