Əfsanədən etiraf: “Lion”a qayıtmayacağam!

İdman

24.04.2026 09:10

Kərim Benzema “Lion”a futbolçu kimi qayıtmayacağını açıqlayıb.

TodayPress TV xəbər verir ki, hazırda “Əl-Hilal” klubunda çıxış edən fransalı hücumçu sosial şəbəkədə canlı yayım zamanı doğma klubu “Lion”a qayıtmağı planlaşdırmadığını bildirib.

38 yaşlı futbolçunun sözlərinə görə, yetirməsi olduğu komandada yenidən meydana çıxacağına inanmır. Bununla belə, Benzema futbolçu karyerasını başa vurduqdan sonra klub rəhbərliyində yer alma ehtimalını istisna etməyib.

Benzema 2005–2009-cu illərdə “Lion”un əsas komandasında çıxış edib, daha sonra isə “Real Madrid” klubuna transfer olunub.

Təcrübəli hücumçu Fransa klubunun heyətində bütün turnirlərdə keçirdiyi 148 oyunda 66 qol vurub və 25 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Kərim Benzema ötən ilin fevralında “Əl-Ittihad” klubundan “Əl-Hilal”a keçib.

Namiq HUN

TodayPress TV

tag: Kərim Benzema,Lion,Klub,Futbol,Todaypress.tv,