Eduardo Konseysao Avropa nəhənglərinin diqqət mərkəzində
İdman
22.04.2026 10:51
“Mançester Yunayted” 16 yaşlı cinah hücumçusu Eduardo Konseysao üçün “Palmeyras” klubuna 40 milyon avroluq təklif etməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə UOL məlumat yayıb.
Bildirilir ki, futbolçu ilə “Pari Sen-Jermen”, “Barcelona”, “Arsenal”, “Çelsi”, “Liverpul” və “Mançester Siti” də maraqlanır.
San-Paulu təmsilçisi gənc vingerin transferindən minimum 50 milyon avro gəlir əldə etmək niyyətindədir.
Konseysao yalnız 2027-ci ilin dekabrında, 18 yaşı tamam olduqdan sonra klubu tərk edə bilər. Onun mövcud müqaviləsi 2029-cu ilin sonuna qədər qüvvədədir. 16 yaşlı hücumçunun müqaviləsində sərbəstqalma məbləği 100 milyon təşkil edir.
Namiq HUN
