Dünya bir nömrəsinin fərqli hobbiləri var!

İdman

23.04.2026 13:51

Dünya tennisinin bir nömrəsi Yannik Sinner turnirlər zamanı necə istirahət etdiyini və niyə şəxsi YouTube bloqu yaratdığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Tiempo de Tennis” nəşri məlumat yayıb.

“TikTok nəslindən deyiləm. Turnirlər zamanı fikrimi yayındırmaq lazım olanda dostuma zəng edirəm, “PlayStation” oynayıram və ya bir az YouTube izləyirəm. Müxtəlif mövzularda – elm, geosiyasət və hətta daha dərin məsələlər barədə danışılan uzun videolara baxmağı sevirəm”, – deyə Sinner bildirib.

Yannik rəsmi YouTube kanalını 2025-ci ilin yanvarında yaradıb. Kanaldakı ilk video onun qalib olduğu Australian Open 2025 turnirindən vloq olub.

Tennisçinin YouTube kanalının 204 min abunəçisi var.

İtaliyalı tennisçinin aktivində ATP Tour turnirlərində 28 titul var. Onlardan 27-si tək, biri isə qoşa yarışlarda qazanılıb.

Sinner həmçinin iki dəfə ATP Finallarının (2024, 2025) və “Next Gen” ATP Finalın (2019) qalibi olub.

O, İtaliya millisinin heyətində 2023 və 2024-cü illərdə iki dəfə Devis Kubokunu qazanıb.

Namiq HUN

TodayPress TV

tag: Yannik Sinner,Tennis,Turnir,Bloq,Todaypress.tv,