Daha iki medal ümidi — qadın güləşçilərdən uğurlu çıxış!
İdman
23.04.2026 15:54
Albaniyada güləş üzrə Avropa çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, bu gün Azərbaycanın daha üç qadın güləşçisi Tirana turnirində mübarizəyə qoşulub.
Jalə Əliyeva (57 kq) Finlandiya təmsilçisi Yenna Hemiaeni “tuş”la məğlub edərək adını çempionatın yarımfinal mərhələsinə yazdırıb.
Birgül Soltanova (65 kq) 1/4 final mərhələsində rumıniyalı, dördqat Avropa mükafatçısı Krista İnce ilə qarşılaşıb. Güləşçimiz rəqibi üzərində 3:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Ruzanna Məmmədova (62 kq) isə Ukrayna güləşçisi İlona Prokopevnyuku tam üstünlüklə məğlub etsə də, yarımfinala aparn yolda rusiyalı Amina Tandelovanı üstələyə bilməyib.
Birgül Soltanova (65 kq) 1/4 final mərhələsində Krista İnce ilə güləşəcək.
Qeyd edək ki, bu gün Günay Qurbanova (59 kq) bürünc medal uğrunda görüşdə Marta Getmanova (UWW) ilə qarşılaşacaq.
Xatırladaq ki, güləşçilərimiz indiyədək Avropa çempionatında beş medal qazanıb. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə qitə çempionatının bürünc medalını əldə ediblər. Yekunda yunan-Roma güləşi üzrə millimiz komanda hesabında Avropa çempionu olub.
Namiq HUN
tag: Jalə Əliyeva,Birgül Soltanova,Ruzanna Məmmədova,Güləş,Todaypress.tv,
