CEV Çelenc Kuboku: "DH Volley" komandası 1/16 final mərhələsinə yüksəldi

CEV Çelenc Kuboku: "DH Volley" komandası 1/16 final mərhələsinə yüksəldi
05.11.2026 19:39 İdman

Qadın voleybolçulardan ibarət "DH Volley" komandası CEV Çelenc Kubokunda 1/16 final mərhələsinə yüksəlib.

TodayPress TV xəbər verir ki, 1/32 finalda cavab matçında Danimarkanın "Holte IF" kollektivini qəbul edən Azərbaycan təmsilçisi 3:0 (26:24, 25:21, 25:14) hesablı qələbə qazanaraq adını növbəti raunda yazdırıb.

Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin Bakıdakı idman zalında gerçəkləşib.

Xatırladaq ki, komandalar arasında ilk matçda "DH Volley" rəqibini 3:1 hesabı ilə məğlub edib. Komanda növbəti mərhələdə Polşanın LKS klubu ilə qarşılaşacaq.

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər