Marko Rubio istefa verəcək? - İDDİA
ABŞ-nin dövlət katibi Marko Rubio 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirakına hazırlıq çərçivəsində istefa verə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “The Independent” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Rubio ABŞ Konqresinə aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyəti nəticəsində vəzifəsindən istefa verə bilər. Nəşrin yazdığına görə, Rubio ABŞ Prezidenti Donald Tramp administrasiyasının siyasətindən, o cümlədən İrandakı müharibədən uzaqlaşmalıdır.
Qəzet hesab edir ki, bu, onun Respublikaçılar Partiyasından Ağ Ev rəhbəri postuna namizəd olmaq uğrunda ölkənin vitse-prezidenti Cey Di Venslə mübarizədə şanslarını artıracaq.
Aysel Mətləb