Sabiq baş nazirin evində axtarış - “Çox maraqlı məqamlar” aşkarlanıb
Ukraynanın sabiq baş naziri Yuliya Sviridenkonun evində axtarış aparıldığı iddia olunur.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin keçmiş deputatı İqor Mosiyçuk sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış zamanı “çox maraqlı məqamlar” aşkarlayıblar.
Qeyd edək ki, bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Kübra Musayeva