Putin G20 sammitinə dəvət almayacaq - London rəsmən elan etdi
Rusiya Prezidenti Vladimir Putin 2027-ci ilin noyabrında Mançesterdə keçiriləcək G20 sammitinə dəvət almayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Endi Börnham bildirib.
Baş nazirin sözlərinə görə, Kremlə qarşı tətbiq edilən hazırkı sanksiyalara görə Rusiya Prezidentinin sammitdə iştirakı istisna olunur. Bununla yanaşı, Rusiyanı beynəlxalq görüşdə yalnız aşağı vəzifəli şəxslər təmsil edə biləcəklər.
Börnham həmçinin təsdiqləyib ki, Böyük Britaniya Rusiya ilə müharibə başa çatana qədər Ukraynaya hərbi və maliyyə yardımı göstərəcək.
Bundan əlavə, münaqişənin dayandırılması ilə bağlı razılaşma əldə olunacağı təqdirdə London sülhməramlı qüvvələrin tərkibində öz hərbçilərini göndərməyə hazırdır.
Aysel Mətləb