Slovakiya Ukrayna üçün hərəkətə keçdi: Qışa hazırlıq başlayır

Slovakiya Ukrayna üçün hərəkətə keçdi: Qışa hazırlıq başlayır
05.11.2026 22:15 Dünya

Slovakiya Ukraynaya qışa hazırlıq üçün humanitar yardım göstərəcək.

TodayPress TV xəbər verir ki, Slovakiya hökuməti generatorların alınması üçün Ukraynaya maliyyə dəstəyi ayıracaq. Bundan başqa, Bratislava sığınacaqların tikintisinin birgə maliyyələşdirilməsi proqramına da qoşulub.

Bu barədə Slovakiyanın Baş naziri Robert Fitso Lvovda keçirilən Slovakiya və Ukrayna hökumətləri arasında hökumətlərarası görüşdə açıqlama verib.

O, həmçinin müharibədən sonrakı dövrdə iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb. Bildirib ki, Slovakiya genişmiqyaslı infrastruktur və nəqliyyat layihələrinin inkişafında, o cümlədən iki ölkəni birləşdirəcək yeni avtomobil yollarının tikintisində iştirak edəcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər