Xameneinin məktubu Putinə çatdırıldı

Xameneinin məktubu Putinə çatdırıldı
05.11.2026 21:49 Dünya

Rusiya ilə İran arasında regionun mühüm məsələləri ətrafında müzakirələr aparılıb və İslam Respublikasının Ali rəhbəri Müctəba Xameneinin məktubu Rusiya Prezidenti Vladimir Putinə çatdırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyada səfərdə olan və Prezident Vladimir Putinlə görüşən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai aparılan müzakirələrin yekunlarına dair jurnalistlərə bildirib.

"Regionun mühüm məsələləri barədə Putinlə məsləhətləşmələr aparılıb. Ali Rəhbər onun mesajını ən qısa zamanda Putinə təqdim etməyimi istəyirdi. Rusiya Prezidenti isti və səmimi salamlarını Ali Rəhbərə çatdırıb", - deyə Rezai vurğulayıb.

Onun sözlərinə görə, Putinlə müharibədən sonrakı dövr və regionun təhlükəsizlik tənzimləmələri ilə əlaqədar məsələlər müzakirə edilib.

M. Xameneinin V. Putinə ünvanladığı məktubun təffərrüatı barədə məlumat verilməyib.

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər