Çempionlar Liqasında favorit bəlli oldu – "Opta" “Arsenal”a üstünlük verdi!
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turundan sonra “Opta” superkompüteri turnirin qalibi olmağa namizəd komandaların şanslarını yenidən hesablayıb. Proqnoza əsasən, İngiltərənin “Arsenal” klubu əsas favorit hesab olunur.
TodayPress TV xəbər verir ki, bu barədə “Opta Analyst” məlumat yayıb.
Superkompüter “Arsenal”ın Çempionlar Liqasının qalibi olmaq ehtimalını 22,56 faiz qiymətləndirib. Siyahıda ikinci yerdə Almaniyanın “Bavariya” klubu (17,74 faiz) qərarlaşıb.
Sonrakı pillələrdə turnirin son qalibi Fransanın PSJ klubu (12,09 faiz), İngiltərənin “Mançester Siti” komandası (10,49 faiz) və İspaniyanın “Barselona” klubu (9,80 faiz) yer alıb.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlinə PSJ başçılıq edir. Paris təmsilçisi keçirdiyi dörd oyunun hamısında qalib gələrək 12 xal toplayıb. Eyni xala İspaniyanın “Real” (Madrid) klubu da malikdir. “Arsenal” isə 10 xalla üçüncü pillədə qərarlaşıb.
Namiq HUN