Futbol tarixinin şah əsəri milli komanda ilə yollarını ayırdı!
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu sosial şəbəkədəki hesabında Portuqaliya milli komandasındakı çıxışlarını dayandırdığını elan edib. “Portuqaliya həmişə içimdə qalacaq”, - deyə Ronaldu yazıb.
TodayPress TV xəbər verir ki, 41 yaşlı Kriştianu Ronaldu Portuqaliya millisində debütünü 18 yaşında - 20 avqust 2003-cü ildə Qazaxıstan yığmasına qarşı keçirilən yoldaşlıq oyununda (1:0) edib və matçın ikinci hissəsində meydana əvəzetmədən daxil olub. O, milli komandanın heyətində ümumilikdə 234 matç keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Ronaldu Portuqaliya ilə birlikdə Avropa çempionu (2016) və UEFA Millətlər Liqasının ikiqat qalibi (2018/2019, 2024/2025) olub.