Müharibə yenidən başlasa, bu ölkələr də vurula bilər - İrandan XƏBƏRDARLIQ
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Əli Bilali müharibənin yenidən başlaması halında ABŞ-yə dəstək verən istənilən ölkənin İranın qanuni hədəfinə çevrilə biləcəyini bildirib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, ABŞ-yə hücum zamanı yardım göstərən istənilən ölkə və ya qüvvə İslam Respublikasının qanuni hədəfi hesab edilə bilər.
Əli Bilalinin sözlərinə görə, İranın raketləri regiondakı İsrail və ABŞ hərbi bazalarını vurmaq üçün kifayət qədər mənzilə malikdir.
Bu açıqlama müharibənin yenidən başlaması ehtimalı fonunda səsləndirilib.
Kübra Musayeva