Türkiyədə dəhşətli qətliam: 3 avtomobildə 8 meyit tapıldı - VİDEO

Türkiyədə dəhşətli qətliam: 3 avtomobildə 8 meyit tapıldı - VİDEO
05.11.2026 20:39 Dünya

Türkiyənin Afyonkarahisar bölgəsində 8 nəfərin meyiti tapılıb, 1 nəfər ağır yaralanıb.

TodayPress TV xəbər verir ki, hadisə Afyonkarahisarın İhsaniyə rayonunun Kıyır kəndi yaxınlığında baş verib.

Üç ayrı avtomobildə ümumilikdə 8 nəfərin meyiti aşkarlanıb.

Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə jandarm qüvvələri cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə geniş təhlükəsizlik tədbirləri görüb və araşdırmalara başlayıblar.

Şahidlərin ifadələrinə əsasən, hücum edən şəxs tək olub və qırmızı rəngli pikapla hadisə yerindən qaçıb.

Bölgədə araşdırmalar davam edir.

Aysel Mətləb

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər