“Barselona”nın lideri klubda qalacağını rəsmən elan etdi!

“Barselona”nın lideri klubda qalacağını rəsmən elan etdi!
05.11.2026 15:50 İdman

“Barselona”nın hücumçusu Rafinya klubla müqaviləsinin müddətini 2030-cu ilə qədər uzadıb. 

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kataloniya təmsilçisinin açıqlamasında bildirilir: 

“Braziliyalı futbolçu “Barsa”ya 2022/2023 mövsümündə qoşulub. O, bu müddət ərzində 190 matç keçirib, 94 qol vurub, üç dəfə La Liqa çempionu (2022/2023, 2024/2025 və 2025/2026), bir dəfə İspaniya Kubokunun (2024/2025) və üç dəfə İspaniya Superkubokunun (2022/2023, 2024/2025 və 2025/2026) qalibi olub. Bundan əlavə, “Aston Villa” ilə oyunda Adrian Korrenin göstəricisinə çatan Rafinya klub tarixində bu baxımdan dördüncü braziliyalı olub”. 

Qeyd edək ki, “Transfermarkt” portalında Rafinyanın bazar dəyəri 70 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər