Parisdə son dəqiqə: On minlərlə insan meydanlara axışdı - VİDEO
Həmkarlar ittifaqlarının təşkilatçılığı ilə Parisdə başlayan kütləvi nümayişin iştirakçıları qiymət artımına və hökumətin planlaşdırdığı qənaət tədbirlərinə etiraz edirlər.
TodayPress TV xəbər verir ki, bir neçə on min nəfər Respublika meydanında toplaşıb, daha sonra nümayişçilər kolonu Millət meydanına doğru hərəkətə başlayıb.
Meydanda o qədər çox insan toplaşıb ki, izdiham böyük əraziyə çətinliklə yerləşib.
Nümayişçilərin bir çoxu hakimiyyətin siyasətini tənqid edən və polis zorakılığına son qoyulmasını tələb edən plakatlar daşıyıblar. İştirakçılar arasında məktəblərdə bütün şagirdlər üçün bərabər hüquqların təmin edilməsini tələb edənlər də olub.
Aysel Mətləb