Zelenski və Koşta arasında razılaşma – "İlin sonuna qədər..."

Zelenski və Koşta arasında razılaşma – "İlin sonuna qədər..."
05.11.2026 19:27 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Madridə səfəri zamanı Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta ilə görüş keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə Zelenski özünün rəsmi “Telegram” hesabında məlumat verib.

Zelenski və Koşta Ukraynanın Avropaya inteqrasiya prosesini və Aİ-yə üzvlüklə bağlı danışıqlarda klasterlərin mümkün qədər tez açılmasını müzakirə ediblər:

“Bu ilin sonuna qədər bütün danışıqlar klasterlərini açmaq, gələn il isə danışıqlar fəsillərinin bağlanmasına keçmək və üzvlüyümüzə doğru sürətlə irəliləmək üçün çalışırıq. Bütün prosesi real şəkildə sürətləndirə biləcək yeni ideyalarımız barədə danışdıq. Antonio ilə Ursula fon der Lyayenin bu məsələləri müzakirə etməsi barədə razılığa gəldik”.

Həmçinin, Zelenski Koştaya Əbu-Dabidə üçtərəfli formatda görüşə hazırlıqla bağlı Amerika tərəfi ilə apardığı müzakirə barədə məlumat verib:

“Ukrayna həmişə Avropanın danışıqlar masasında olmasının tərəfdarıdır. Söhbət təhlükəsizlik təminatlarından və Ukraynanın iqtisadi bərpasından gedirsə, bunu Avropa nümayəndələri olmadan müzakirə etmək mümkün deyil. Antonio da bu mövqeyimizi dəstəkləyir”.

Aysel Mətləb

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər