Fransada polis etirazçılara qarşı göydən hücuma keçdi

Fransada polis etirazçılara qarşı göydən hücuma keçdi
05.11.2026 19:15 Dünya

Paris polisi nümayiş başa çatdıqdan sonra iştirakçıları dağıtmaq üçün ilk dəfə pilotsuz uçuş aparatlarından (PUA) istifadə edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Polis hesab edir ki, havadan verilən xəbərdarlıqlar yürüş başa çatdıqdan sonra izdihamı aksiya keçirilən ərazini tərk etməyə inandırmaq baxımından adətən avtomobillərdə və ya yerdə yerləşdirilən standart səsgücləndiricilərdən daha effektiv olacaq. Yeni pilotsuz uçuş aparatlarının nümayişçilərdən ibarət yürüşün Respublika meydanından başlayaraq son dayanacağı olan Millət meydanında istifadəsi nəzərdə tutulur.

Aysel Mətləb

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər