700 min insan bugün Parisə axışır - Polislər səfərbər edildi

700 min insan bugün Parisə axışır - Polislər səfərbər edildi
05.11.2026 18:40 Dünya

Fransa hakimiyyəti noyabrın 5-i ölkə üzrə genişmiqyaslı etiraz aksiyalarına hazırlaşır.

TodayPress TV xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nünez bildirib.

“Cümə axşamı bütün Fransa üzrə 220-dən çox etiraz aksiyasının keçirilməsi gözlənilir. Ölkə üzrə asayişin təmin edilməsi üçün təxminən 70 min polis əməkdaşı cəlb olunacaq”, – deyə nazir qeyd edib.

Məlumata görə, etiraz aksiyalarında 700 mindən çox insan iştirak edəcək, Parisdə isə daha çox insan toplaşacaq. Nümayişçilər paytaxtda genişmiqyaslı yürüş keçirməyi planlaşdırırlar. Yürüş Respublika meydanından başlayacaq və şəhərin şərq hissəsində yerləşən Millət meydanında başa çatacaq.

Aysel Mətləb

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər