Mətbuat Şurası sədrinin müavinləri bəlli oldu
Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclasında sədrin müavinləri müəyyənləşib.
TodayPress TV-yə Şuradan verilən məlumata görə, İdarə Heyətinin üzvlərindən Müşfiq Ələsgərli və Elmira Musazadə bu vəzifəyə seçiliblər.
Qurumun Nizamnaməsinə görə, sədrin müavinləri növbəlilik əsasında – 2 il müddətinə Şikayətlər üzrə komissiyaya rəhbərlik edirlər. Birinci müddətə rəhbərlik sədr müavini M.Ələsgərliyə həvalə olunub.
İclasda Şura sədri Vüqar Zifəroğlunun təqdimatı əsasında Mətbuat Şurasının icraçı katibi vəzifəsinə Əvəz Rüstəmov təsdiqlənib. İdarə Heyətinin digər üzvü Əminə Yusifqızı isə Şuranın Ahıl Jurnalistlər Məclisinin sədri seçilib.