Ukraynaya verilməyən status Kanadaya təklif edildi - QALMAQAL

Ukraynaya verilməyən status Kanadaya təklif edildi - QALMAQAL
05.11.2026 20:03 Dünya

Avropa İttifaqının Kanada ilə gələcək münasibətlərinin statusu ilə bağlı mübahisə Brüssel və Berlin arasında gərginliyi artırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri bir sıra diplomatlara istinadən məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Kanadanı Aİ-nin “assosiativ üzvü” kimi təqdim etməsi Almaniya kansleri Fridrix Mertsin narazılığına səbəb olub.

Gərginlik fon der Lyayenin Monrealda keçirilən sammitdə bu ifadəni işlətməsindən sonra daha da artıb. Halbuki bundan bir neçə saat əvvəl Almaniyanın təşəbbüsü ilə həmin ifadənin Aİ-yə üzv 27 ölkənin razılaşdırdığı birgə bəyanatdan çıxarılması təklif edilmişdi.

Qeyd edək ki, Merts daha əvvəl Ukraynaya Aİ-də “assosiativ üzv” statusunun verilməsini təklif etmişdi. Lakin bu ideya, o cümlədən Kiyev tərəfindən rədd edilmişdi.

Nəşrin yazdığına görə, Berlin rəsmiləri fon der Lyayenin eyni ifadəni Kanada ilə bağlı işlətməsini Almaniya kanslerinin təşəbbüsünə qarşı bir mesaj kimi qiymətləndirirlər.

Bu fikir ayrılığı Merts və fon der Lyayen arasında Avropa İttifaqının idarə olunması ilə bağlı mövcud ziddiyyətlərin dərinləşdiyini göstərir.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər