Avropanı təşvişə salan bomba mesajı - Nə baş verir?

Avropanı təşvişə salan bomba mesajı - Nə baş verir?
05.11.2026 21:06 Dünya

İspaniyada gün ərzində ən azı üç reysə bomba təhlükəsi ilə bağlı yalan məlumatlar təsir edib.

TodayPress TV xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Madrid Beynəlxalq Hava Limanı səhər saatlarında təhdid mesajı alıb. Təsirə məruz qalan aviaşirkətlər arasında “Iberia” və “Air Europa” da var.

Qeyd edək ki, Avropa aviaşirkətlərinə məxsus 13 sərnişin təyyarəsi göyərtədə bomba təhlükəsi barədə məlumatlardan sonra təcili eniş edib. Bolqarıstan və İtaliyada təyyarələri ələ keçirmək və müşayiət etmək üçün qırıcılar havaya qaldırılıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər