Brüsseldə Ukrayna ilə bağlı gizli detallar müzakirə edildi

Brüsseldə Ukrayna ilə bağlı gizli detallar müzakirə edildi
05.11.2026 21:15 Dünya

Ukrayna üçün təhlükəsizlik təminatları Brüsseldə ABŞ və NATO ölkələri ilə müzakirə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Rustem Umerov məlumat verib.

O bildirib ki, Fransa, Böyük Britaniya, Almaniya, ABŞ və NATO nümayəndələri ilə keçirilən görüşdə Vaşinqtonun və digər tərəfdaşların Ukraynaya verəcəyi təhlükəsizlik təminatlarının necə olmalı olduğu müzakirə edilib.

Görüşdə, həmçinin Avropanın yeni təhlükəsizlik strategiyası ətrafında fikir mübadiləsi aparılıb.

Umerov qeyd edib ki, bu istiqamətdə işlər davam etdirilir. Müzakirələrin detalları və növbəti addımlar barədə daha sonra məlumat veriləcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər