Paraqvay Prezidenti istefa verdi
Paraqvay Prezidenti Santyaqo Penya rəqəmsal kredit təşkilatı “Ueno”nun iflası nəticəsində milyonlarla müştərinin hesablarına daxil ola bilməməsindən sonra onun vəzifədən uzaqlaşdırılması ilə bağlı çağırışların artması fonunda istefa verib.
TodayPress TV xəbər verir ki, bu barədə o, video müraciətində bildirib.
“Bunu ölkəmizin sabitliyini, sosial sülhü və demokratik institutlarımızı qorumaq zərurətini nəzərə alaraq edirəm”, – deyə o vurğulayıb.
Aysel Mətləb