“Çelsi” hücumçusunu yayda geri qaytaracaq

İdman

22.04.2026 12:57

Nikolas Cekson yayda icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra “Bavariya”dan “Çelsi”yə qayıdacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq X sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Bavariya” rəhbərliyi və komandanın baş məşqçisi Vensan Kompani futbolçunun çıxışından və peşəkarlığından razıdır. Lakin yayda forvardın icarə müqaviləsinin müddəti başa çatacaq. Hazırda ikinci icarə və ya birdəfəlik transferlə bağlı danışıqlar aparılmır.

Ceksona başqa klublar tərəfindən də böyük maraq var. Amma o, ilk olaraq “Çelsi”yə dönəcək.

Qeyd edək ki, 24 yaşlı hücumçu cari mövsüm Bundesliqada 19 oyunda altı qol vurub və bir məhsuldar ötürmə edib. O, həmçinin UEFA Çempionlar Liqasında keçirdiyi 8 matçda üç qol və iki assistlə yadda qalıb.

Namiq HUN

TodayPress TV

tag: Nikolas Cekson,Çelsi,Bavariya,Müqavilə,Todaypress.tv,