Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı

Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı
16.07.2025 23:24 İdman

Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Readovka" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, FTX əməkdaşı Rzayevə bildirib ki, o, ölkənin siyasi və ictimai sabitliyinə mənfi təsir göstərən hərəkətlər edib. Bu da vətəndaşlıqdan məhrum edilməsinə səbəb olub.

Xatırladaq ki, ötən il Rzayev rusiyalı rəqibi Artur Kulinskini "rus donuzu" adlandırıb. Rzayev daha sonra Kulinskidən üzr istəyib. (Publika.az)

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər